Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır
18-04-2024, 12:56
23

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır




Ermənistan hakimiyyəti Azərbaycanın Ermənistanla sərhəd kəndlərinə yaxınlığının sərhədyanı kəndlərin sakinlərini narahat etməməsini istəyir.

Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sakinləri ilə görüşündə deyib.

Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası prosesinə həsr olunmuş görüşdən fraqment baş nazirin sosial şəbəkə hesabında yerləşdirilib.

“Məqsədimiz, ideyamız ondan ibarətdir ki, “Azərbaycan 50 metr aralıdadır” deməyiniz həyəcan yaratmasın, əksinə, “yaxşı ki, Azərbaycan 50 metr aralıdadır, orada ticarətlə məşğul olaq, bəlkə ferma tikək” deyə biləsiniz”, - Paşinyan bildirib.

Eyni zamanda, o, yerli sakinlərin təhlükəsizlik zəmanətləri ilə bağlı sualını da cavablandırıb.

"Əgər bu addımları atmasaq, bölgədə yeni partlayış olacağına zəmanət veririk. Son 30 il ərzində belə bir atmosferdə yaşadığımız üçün bölgədə qanunun aliliyini təmin etmək vəzifəsi qarşısındayıq. Biz deyirik ki, qanunsuzluq dövrü bitməlidir və bizim və onların (Azərbaycan - red.) tərəfində bir hüquq, qanun, xətt var və biz bu xətdə dayanırıq”, - deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, bu xətti götürməklə Ermənistan yüz dəfə güclənəcək.

Oxşar xəbərlər