Rusiyanın bu regionunda da qadağa: Azərbaycanlılar ticarətlə məşğul ola, taksi sürə bilməzlər
17-04-2024, 13:34
13

Rusiyanın bu regionunda da qadağa: Azərbaycanlılar ticarətlə məşğul ola, taksi sürə bilməzlər




Rusiyanın Amur vilayətində miqrantlara sərnişindaşıma və ticarət sahəsində işləmək qadağan edilib.

Publika.az regional hökumətin saytına istinadən xəbər verir ki, müvafiq sənədi qubernator Vasili Orlov imzalayıb. Bildirilir ki, hazırda rayonda 14 minə yaxın əcnəbi çalışır ki, onların da 85 faizindən çoxu iri investisiya layihələrinin tikinti sahələrində işləyir.

Qalanları isə ticarət və nəqliyyat da daxil olmaqla, bütün fəaliyyət növləri ilə məşğul olurlar.

Fərman qüvvəyə mindikdən sonra işəgötürənlər üç ay ərzində xarici vətəndaşların sayını yeni standartlara uyğunlaşdırmalıdırlar. Amur vilayətinin hökuməti qeyd edib ki, işsiz Rusiya vətəndaşları miqrantları əvəz edə biləcəklər.

Sənədin tələblərinə əməl edilməməsi halında, işəgötürən bir milyon rubla qədər cərimə edilə və ya təşkilatın fəaliyyəti 90 günə qədər dayandırıla bilər.

Qaydanı pozan miqrant beş min rubl məbləğində cərimə ödəyəcək və həmçinin ölkə ərazisindən inzibati qaydada deportasiya ediləcək.

Nəzərinizə çatdıraq ki, Amur vilayəti bir sıra sənaye sahələrində miqrantların işini məhdudlaşdıran ilk region deyil. Əvvəllər oxşar sənədlər Tula, Maqadan, Novosibirsk vilayətləri, Kamçatka ərazisi və digər qurumlarda imzalanıb.

Oxşar xəbərlər