Köçəryan Ermənistanı tərk etdi
22-08-2022, 15:31
69

Köçəryan Ermənistanı tərk etdi

Ermənistanın ikinci prezidenti Robert Köçəryan xaricə gedib.

Bu barədə onun ofisinin koordinatoru Baqrat Mikoyan “Sputnik Ermənistan”a bildirib.

"Robert Köçəryan avqustun 29-dək Ermənistandan kənarda olacaq. Vəkillər komandası növbəti məhkəmə iclasının sentyabrın 20-nə təyin olunduğunu nəzərə alaraq müvafiq icazə üçün məhkəməyə müraciət edib. Məhkəmə onun avqustun 22-dən ölkədən kənarda olmasına icazə verib”.
 
Mikoyan Köçəryanın konkret hara getdiyini açıqlamayıb, deyib səfəri özəldir. Lakin o, ikinci prezidentin Rusiyaya getməsi ilə bağlı məlumatı təkzib edib.
 
Xatırladaq ki, bir cinayət işi çərçivəsində Köçəryan xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur. İş materiallarına görə, eks-prezident kəşfiyyat şirkəti olan TSSC Armenia-nın səhmlərinin 100%-nin xarici şirkətə satılmasına şərait yaradıb. 

Oxşar xəbərlər