Qələbə ölkənin və bütün regionun sürətli inkişafı üçün əsaslı zəmin yaradıb
17-04-2021, 11:47
321

Qələbə ölkənin və bütün regionun sürətli inkişafı üçün əsaslı zəmin yaradıb

Bildiyimiz kimi ölkəmiz İkinci Qarabağ müharibəsinin qalibidir. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Müharibənin bu mərhələsi tariximizə qızıl hərflərlə yazıldı. İndi regionda tamamilə yeni reallıqlar yaranıb. Hazırda qarşıda duran mühüm vəzifələrdən biri əsl həqiqətlərin, müharibədən sonra bölgədə yaranan yeni reallıqların dünyayadüzgün şəkildə çatdırılmasıdır.
ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans da bu baxımdan mühüm əhəmiyyət kəsb etdi. Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi konfransın iştirakçılarının suallarının Prezident İlham Əliyev tərəfindən dolğun cavablandırılması Azərbaycan həqiqətlərinin bir daha dünyaya çatdırılması, regionda yaranmış yeni reallıqlara və bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirilməsi baxımdan çox uğurlu oldu. Bu cavablarda Azərbaycan həqiqətləri ilə yanaşı, dünya ictimaiyyətinə olduqca mühüm mesajlar da çatdırıldı. Azərbaycanın birmənalı mövqeyi yenidən ortaya qoyuldu, dövlətimizin və regionun gələcəyi ilə bağlı konkret istiqamətlər göstərildi.
Artıq dövlətimiz yeni reallıqlar üzərində çalışır.Qələbə ölkəmizin yeni iqtisadi inkişaf mərhələsinin əsasını qoydu. Bu qələbə ilə cənab prezident İlham Əliyev Cənubi Qafqazda sülh və stabilliyin,ümumilikdə isə bölgədə yeni əməkdaşlıq platformalarının,türk dünyasını o cümlədən Şərqlə Qərbi birləşdirən kommunikasiya xətlərinin memarına çevrildi. Bir sözlə, regional inkişaf baxımından yeni imkanlar yarandı və Cənab Prezidentin rəhbərliyi ilə biz bu imkanları doğru dəyərləndirə bilirik.
Azərbaycan Cənubi Qafqazda müstəqil siyasət yürüdən,qonşuları ilə bərabərhüquqlu siyasi platforma qurmağı bacarmış,öz maraqlarına münasibətdə diqtə edən regional güc sahibidir.Bu mənada öz sərhədlərini belə özü qorumayan bir “dövlət” olaraq Ermənistanın da,onun havadarlarının da müharibədə olduğu kimi diplomatik cəbhədə də fiaskosu qaçılmazdır.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş,balanslaşdırılmış siyasət,44 gün davam edən və Qəhrəman Ordumuzun tarixi qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi,eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan uğurlar imkan verir ki,işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdışla,bütöv regionun inkişafı üçün nəzərdə tutulan bütün layihələr həyata keçirilsin.
Biz əminik ki, qalib ölkəmiz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayacaq,bundan sonra da qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaqdır.
Bu,hələ başlanğıcdır! Yeni başlanğıc!..
Azərbaycan tarixinin,həm də elə erməni tarixinin yeni başlanğıcı!
İlham Əliyevin yazdığı tarix həmişə möhtəşəm idi,amma indi daha da əzəmətlidir!
Qarabağ Azərbaycandır!
 
 
Vüqar Ağayev, 
Salyan rayon Mədəniyyət Mərkəzinin direktoru
 

Oxşar xəbərlər