Prezident: Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri yenidən qurur
23-05-2026, 12:58
40

Prezident: Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri yenidən qurur

 
Azərbaycan hazırda Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri və yüzlərlə kəndi sıfırdan yenidən qurur.
Bu barədə Prezident İlham Əliyevin sosial media hesabında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı edilən paylaşımda bildirilib.
İlham Əliyev vurğulayıb ki, urbisid, kulturisid və ekosidə məruz qalmış Azərbaycan hazırda Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri və yüzlərlə kəndi sıfırdan yenidən qurur:
"Buna görə də biz beynəlxalq birliyin Azərbaycanın münaqişədən sonrakı bərpa işlərini yüksək qiymətləndirməsi və bunu dünyadakı digər postmünaqişə bölgələri üçün dəyərli nümunə kimi qeyd etməsi ilə fəxr edirik".

Oxşar xəbərlər