Sağalma sayı yoluxmanı keçdi - 5 nəfər ÖLDÜ
8-09-2022, 19:02
45

Sağalma sayı yoluxmanı keçdi - 5 nəfər ÖLDÜ

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 396 yeni yoluxma faktı qeydə alınıb, 553 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.
 
İndiyədək ölkədə ümumilikdə 816 985 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 804 115 nəfər müalicə olunaraq sağalıb, hazırda 3027 aktiv xəstə var. Bu günə qədər 9 843 nəfər vəfat edib.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3772, bu günə qədər isə ümumilikdə 7 184 639 test icra olunub.
 
1166256

Oxşar xəbərlər