"Alzheimerin müalicə üsulunu tapdıq" - ABŞ alimləri
29-12-2022, 08:28
64

"Alzheimerin müalicə üsulunu tapdıq" - ABŞ alimləri




Vaşinqton Universitetinin Tibb fakültəsinin alimləri Alzheimer xəstəliyinin müalicə üsulunu tapıblar.
Bu barədə PNAS jurnalında məqalə dərc olunub. İşin nəticələrinə görə, amiloid lövhələrini azaltmaq və idrak qabiliyyətlərini qorumaq üçün tau proteininin məhvini hədəfləmək lazımdır.
Alzheimer xəstəliyində strukturlara yapışan tau zülalı ilə problemlər yaranır. Bu da beyin hüceyrələrinin fəaliyyət qabiliyyətini zəiflədir və nəticədə hüceyrə ölümünə səbəb olur.
Bu zülalları müəyyən etmək üçün alimlər “Caenorhabditis elegans” adlı genetik cəhətdən dəyişdirilmiş torpaq qurdu ilə bir sıra təcrübələr apardı. Qurda tau proteininin yığılmasını artıran insan geni yeridilib. Nəticə müsbət olub.
Tədqiqatçılar bildiriblər ki, bu zülalın təsirini maneə törədən dərmanlar hazırlamaqla Alzheimerin müalicəsi mümkündür.
Bu barədə yaxın vaxtlarda açıqlamalar veriləcək.

Oxşar xəbərlər