
Ölkə
14-05-2025, 09:58
29
Azərbaycandan neçə nəfər "Green Card" qazanıb?

Nəticələr lotereyanın rəsmi saytında dərc edilib.
Özbəkistan 2025-ci il "Green Card" lotereyasını qazananların sayına görə lider ölkə olub. Mərkəzi Asiya ölkəsindən 5 564 nəfərin bəxti gətirib. İkinci yerdə 5 526 qaliblə Əlcəzair, üçüncü yerdə isə 5 519 nəfərlə Rusiya yer alıb.
Ümumi 55 000 qalib arasında hər onuncu şəxs Özbəkistan vətəndaşıdır.
Digər yaxın ölkələrə gəlincə: İran - 5 267 qalib, Qırğızıstan - 3 095, Tacikistan - 2 982, Ermənistan - 2 971, Qazaxıstan - 2 004, Gürcüstan isə 1 342 qaliblə builki lotereyanı başa vurub.
Ən aşağı nəticələr isə Venesuela, Bruney, Vatikan, Marşall və Norfolk adalarında qeydə alınıb. Burada lotereyanın qalibi olmayıb.