Su basan ərazidə əhaliyə dəyən ziyan hesablanır
26-10-2022, 10:36
48

Su basan ərazidə əhaliyə dəyən ziyan hesablanır

Su basan ərazidə əhaliyə dəyən ziyan hesablanır
Bu gün səhər saatlarında Bakı şəhəri, Yasamal rayonundakı Əsəd Əhmədov küçəsində magistral su xəttində baş vermiş qəza ilə bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi cəlb edilib.
 
FHN-in texnikası ərazidə su dolmuş yerlərdən suyun çəkilməsini və təhlükəsizlik tədbirlərinin görülməsini həyata keçirəcək.
 
Qeyd edilib ki, qəza 1400 mm-lik magistral su kəmərində qeydə alınıb. 
 
Aparılacaq qiymətləndirmədən sonra əhaliyə dəymiş ziyan müəyyən ediləcək.

Oxşar xəbərlər