
Ölkə / Cəmiyyət
23-01-2025, 11:06
72
Özəl pensiya fondu nə vaxt yaradılacaq?

Bu barədə Mərkəzi Bankdan bildirilib.
Məlumata əsasən, Mərkəzi Bankın da iştirakı ilə qurumlararası müzakirələr davam etdirilir.
Hazırda qanun layihələrinin təkmilləşdirilməsi və müzakirəsi məqsədilə dövlət qurumları, Mərkəzi Bank və Azərbaycan Sığortaçılar Assosiasiyası birgə fəaliyyət göstərirlər. Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi altında beynəlxalq təcrübələr araşdırılıb və ilkin qanunvericilik layihələri hazırlanıb. Həmçinin vətəndaşların fondlara yatırdığı vəsaitlərin qorunması üçün qanunvericilik bazasının təkmilləşdirilməsi və risklərin azaldılması istiqamətində tədbirlər görüləcək.