Məsum Kamal oğlu Əliyev Kürdəmir rayon Karrar kənd Sağlamlıq Mərkəzinin bölmə müdiri
16-09-2024, 12:50
166

Məsum Kamal oğlu Əliyev Kürdəmir rayon Karrar kənd Sağlamlıq Mərkəzinin bölmə müdiri


Mən, Əliyev Məsum Kamal oğlu 1953-cü il noyabrın 8- də Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində dəmiryolcu ailəsində anadan olmuşam. Atam Əliyev Kamal Məhbub oğlu fəxri dəmiryolçu, qatar maşinisti olmuşdur. Anam Əliyeva Ətir Seyid qızı tibb bacısı olnuşdur. 1961-ci ildə Kürdəmir rayonu Sığırlı kənd orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 1971-ci ildə məktəbi bitirmişəm. Elə həmin il 1971-ci ildə Bakı şəhəri, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun 1 müalicə profilaktika fakültəsinə daxil olmuş, 1977-ci ildə bu İnstitutu bitirmişəm. 1977-1978-ci illərdə Bakı şəhəri Buzovna qəsəbəsi 31 saylı Birləşmiş Xəstəxanada internatura keçmişəm. 1978-ci il sentyabrından təyinatla Kürdəmir rayonu Mərkəzi Xəstəxanasının əvvəlcə təcili yardım şöbəsində 1982-ci ildən isə terapiya şöbəsində terapevt işləmişəm. 1985-ci ilin sentyabrından Kürdəmir rayon Sığırlı kənd xəstəxanasına baş həkim təyin olunmuşam. 1989-cu ilin aprel ayından Rusiya Federasiyasının Kaluqa vilayətinin Kaluqa şəhərində Kaluqa turbinlər zavodu istehsal birliyinin poliklinikasında həkim terapevt işində 1992-ci il oktyabr ayına kimi işləmişəm. 1992-ci il oktyabrında Kürdəmir rayon Sığırlı kənd xəstəxanasına baş həkim təyin olunmuşam. 2013-cü ildən Kürdəmir rayon Karrar kənd xəstəxanasının baş həkimi işinə keçirilmişəm. 2015- ci ildə səhiyyə əlaçısı döş nişanı ilə təltif olunmuşam. Hal-hazırda Kürdəmir rayonu Karrar kənd Ailə Sağlamlıq Mərkəzində bölmə müdiri vəzifəsində çalışıram. 2003-cü ildən yeni Azərbaycan Partiyasının üzvüyəm.

Oxşar xəbərlər