Gələn il Şuşada “ASAN xidmət” mərkəzi açılacaq
8-09-2022, 13:54
84

Gələn il Şuşada “ASAN xidmət” mərkəzi açılacaq

Şuşada yaradılacaq "ASAN xidmət" mərkəzinin tikinti-təmir işləri gedir. Mərkəzin növbəti ildə fəaliyyətə başlaması gözlənilir.
 
Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
 
Azad edilmiş digər ərazilərdə infrastruktur tədbirlərinin həyata keçirildiyini bildirən agentliyin sədri vaxtı gələndə həmin rayonlarda da "ASAN xidmət" mərkəzlərinin yaradılması məsələsinə baxılacağını diqqətə çatdırıb.

Oxşar xəbərlər