Qaradağ rayonu, Ələt qəsəbəsində Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bayrağımıza qarşı hörmətsizlik olunur
18-06-2024, 15:23
201

Qaradağ rayonu, Ələt qəsəbəsində Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bayrağımıza qarşı hörmətsizlik olunur



Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir. Bayraq bizim ən dəyərli atributlarımızdandır. 100 ildən artıq tarixi olan bayrağımız millətçiliyimizdə, mənəviyyatımızda mühüm rol oynayır.

Lakin bu gün ölkəmizin bəzi bölgələrində Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bayrağımıza qarşı hörmətsizlik olunur. Daha bir qanunsuz hal Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində aşkar edilmişdir. Belə ki, sözügedən qəsəbədə ucaldılan dövlət bayrağımızın bir hissəsi qopmuş vəziyyətdə asılıb. Bayraq çox baxımsız, çirkab içindədir. Hələ bu azmış kimi Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin şəkilləri də olduqca bəribad vəziyyətdədir. Çox maraqlıdır, öz gələcəklərini, həyatlarını qəhrəmancasına qurban vermiş şəhidlərimizə ölkəmizdə bu cür hörmət olunur? Hara baxır görəsən, Bakı şəhəri, Qaradağ rayonu İcra Hakimiyyəti, Ələt qəsəbə icra nümayəndəsi, həmçinin Bələdiyyə sədri. Buradan belə nəticəyə gəlmək olur ki, hər 3 aidiyyatı qurum, öz işlərinə məsuliyyətsiz və laqeyd yanaşırlar.

Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Öz işinə məsuliyyətsiz yanaşan hər bir şəxs araşdırılmalı, barələrində qanun çərçivəsində tədbir görülməlidir.

Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Oxşar xəbərlər