Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Vaqif oğlu Orucov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir
30-05-2024, 10:17
145

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Vaqif oğlu Orucov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir


Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür".

Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Vaqif oğlu Orucovdur. Seymur müəllim 1984-cü il oktyabrın 27-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. Ölkə başçısının sərəncamı ilə Seymur Vaqif oğlu Orucov 21 may 2020-ci il tarixdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib

Seymur müəllim öz peşəkarlığı və insanlara qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Seymur müəllim bu işin müqəddəsliyini qoruyub saxlayır. Kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır. Heç bir qüvvə onu heç vaxt əqidəsindən döndərə bilməz.

O, böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır! Yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir! O, həmçinin ani və düzgün qərar qəbul edən nadir insanlardandı! Prezident İlham Əliyevdən nümunə götürən Seymur müəllimin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədir! İnsanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır! Seymur müəllim öz işinin peşəkarı bir insandır.


Nəzərinizə çatdırmaq istəyirik ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Vaqif oğlu Orucov tanınmış aparıcı, jurnalist Alidə Mustafayeva ilə ailə həyatı qurmuşdur. Redaksiyamız adından Seymur müəllimi bu münasibət ilə təbrik edir, uzun və sağlam ömür arzu edirik.

Oxşar xəbərlər