
Ölkə / Cəmiyyət
28-05-2024, 12:58
216
Qax Rayon İcra Hakimiyyətinin başçısı Şəkiliyev Musa Şaban oğlu öz işini vicdan və ləyaqətlə icra edir

Bu gün ölkə gündəmində yer alan məsələlərdən biri də Qax Rayon İcra Hakimiyyətinin başçısı Şəkiliyev Musa Şaban oğlu barəsində həqiqəti əks etdirməyən xəbərlərdir. Belə ki, Qax rayonunda hava şəraiti ilə əlaqədar olaraq baş verən hadisələr ölkə gündəmini zəbt etmişdir. Musa müəllim öz işini məsuliyyət və vicdanla icra edir. Gördüyü bütün işlər göz qabağındadır.
Musa müəllim düşünür ki, qlobal iqlim dəyişikliyinin qarşısının alınmasının ən başlıca yollarından biri kütləvi yaşıllaşdırma işlərinin aparılması, meşə sahələrinin artırılması və mühafizəsinin gücləndirilməsindən ibarətdir.
Musa müəllim hər zaman dövlətə - dövlətçiliyə, xalqa - millətə, Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət edib. Onun həyat səlnaməsinə nəzər salanda hər zaman işinin öhdəsindən layiqincə gələn, həm rəhbərliyin və həm də, rəhbərlik etdiyi kollektivin rəğbətini qazanıb. O, hər zaman bir rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe göstərib.
Musa müəllimin rəhbərliyi ilə Qax rayon İcra Hakimiyyətində, həmçinin rayonda daxili nizam intizam qaydalarına son dərəcə riayət edilir.
O, Rəhbərlik etdiyi kollektivdə çalışan insanların rəğbətini qazanıb.
Musa müəllim sayəsində Qax rayon İcra hakimiyyəti yüksək səviyədə fəaliyyət göstərir. Sakinlərə, onların problemlərinə yüksək və peşəkar səviyyədə qayğı göstərilir. Qax rayon İcra Hakimiyyəti fəaliyyəti ilə ölkəmizdə fəaliyyət göstərən göstərən digər dövlət qurumları arasında seçilir. Buda Musa müəllimin uğurudur.
Öz işini yüksək peşəkarlıq, vicdan və ləyaqət hissi ilə icra etdiyi üçün Musa müəllimə təşəkkür edir, gələcək işlərində uğurlar arzu edirik.