
Ölkə / Cəmiyyət
23-05-2024, 18:16
222
Göygöl rayon DYP bölməsinin YPX-nın baş inspektoru, Polis leytenantı Mamışov Rəşad öz işinin öhtəsindən layiqincə gəlir

O, bu gün respublikamızda qədərincə tanınıb və respublika miqyasında kifayət qədər ad-san qazana bilib. O, cəmiyyətdə nüfuz qazandığı kimi, işlədiyi kollektivdə də bir şəxsiyyət kimi sevilir. Qeyd etmək lazımdır ki, onun səyi nəticəsində işlədiyi sahədə peşəkar, öz işinin öhdəsindən layiqincə gələn kadr potensialı toplanmışdır.
Söhbət Göygöl rayon DYP bölməsinin YPX-nın baş inspektoru, Polis leytenantı Mamışov Rəşad müəllimdən gedir.
Rəşad müəllim hər zaman ünsiyyətdə olduğu, əlaqəli şəkildə işlədiyi şəxslər tərəfindən bir insan kimi yüksək qiymətləndirilib. Çünki o, işini biləndir, həyatda nə qazanıbsa zəhməti, alın təri ilə əldə edib.
Öz sahəsinin peşəkarıdır. Peşəkarlığı ilə ad san qazanan bir insandır. Kömək edib, əl tutduğu insanların sayı hesabı yoxdur.
Rəşad müəllim özünə və ətrafındakı insanlara qarşı çox diqqətcil və qayğıkeşdir, nəzakətli, ciddi və mənəvi dəyərlərin daşıyıcısı, saf əqidəli insandır. O, bu gün bir böyük kimi öz çoxsaylı ardıcıllarına yol göstərir.
O, bu gün çox nikbindir, Azərbaycanımızın uğurlu sabahına inanır və bunun üçün üzərinə düşən bütün vəzifələri bir vətəndaş kimi vicdanla və məsuliyyətlə yerinə yetirir.
Bizdə bu çətin və şərəfli işini böyük ləyaqət və vicdan hissi ilə icra etdiyi üçün Rəşad müəllimə təşəkkür edir, gələcək işlərində uğur və müvəffəqiyyətlər arzu edirik. Həmçinin bu yaxınlarda Rəşad müəllimin doğum günü olmuşdur. Bu münasibətlə ona uzun və sağlam ömür arzu edirik. Hər daim var olasınız Əziz Rəşad müəllim!