Xeyriyyəçilik əməlləri ilə tanınan Quliyev Yusif Səməndər oğluna  təşəkkür edirik
3-04-2024, 11:19
57

Xeyriyyəçilik əməlləri ilə tanınan Quliyev Yusif Səməndər oğluna təşəkkür edirik


O, bu gün respublikamızın quruculuq sahəsində qədərincə tanınıb və respublika miqyasında kifayət qədər ad-san qazana bilib. O, cəmiyyətdə nüfuz qazandığı kimi, işlədiyi kollektivdə də bir şəxsiyyət kimi sevilir. Qeyd etmək lazımdır ki, onun səyi nəticəsində işlədiyi sahədə peşəkar, öz işinin öhdəsindən layiqincə gələn kadr potensialı toplanmışdır. 

Söhbət Tovuz rayonunda şəhid və qazi ailələləri üçün tikilən yaşayış evlərinin icraçı direktoru Quliyev Yusif Səməndər oğlundan gedir.

Yusif müəllim hər zaman ünsiyyətdə olduğu, əlaqəli şəkildə işlədiyi şəxslər tərəfindən bir insan kimi yüksək qiymətləndirilib. Çünki o, işini biləndir, həyatda nə qazanıbsa zəhməti, alın təri ilə əldə edib. 

Öz sahəsinin peşəkarıdır, tapşırılan hər bir iş bir qayda olaraq tez və keyfiyyətlə icra olunur. Xeyriyyəçilik əməlləri ilə də ad san qazanan bir insandır. Kömək edib, əl tutduğu insanların sayı hesabı yoxdur.

Yusif müəllim özünə və ətrafındakı insanlara qarşı çox diqqətcil və qayğıkeşdir, nəzakətli, ciddi və mənəvi dəyərlərin daşıyıcısı, saf əqidəli insandır. O, bu gün bir böyük kimi öz çoxsaylı ardıcıllarına yol göstərir.

O, bu gün çox nikbindir, Azərbaycanımızın uğurlu sabahına inanır və bunun üçün üzərinə düşən bütün vəzifələri bir vətəndaş kimi vicdanla və məsuliyyətlə yerinə yetirir. 

Bizdə bu çətin və şərəfli işini böyük ləyaqət və vicdan hissi ilə icra etdiyi üçün Yusif müəllimə təşəkkür edir, gələcək işlərində uğur və müvəffəqiyyətlər arzu edirik.  

Həmçinin redaksiyamız adından baş direktorumuz Qurban müəllim başda olmaqla Yusif müəllimi “Ramazan bayramı" münasibəti ilə səmimi qəlbdən təbrik edirik.

Oxşar xəbərlər