"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK
31-03-2024, 12:24
12

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK






"WhatsApp" tərtibatçıları messencerin yeni versiyasına yüksək keyfiyyətli videolar göndərmək imkanı əlavə ediblər.

Publika.az xəbər verir ki, bu barədə "WABetaInfo" portalı yazır .

Bildirilib ki, yeniləmədən sonra bəzi istifadəçilərin “Məlumat və yaddaş” bölməsindəki tətbiq parametrlərində “Media yükləmə keyfiyyəti” parametri görünəcək.

İndi istifadəçilər standart və HD keyfiyyət arasında seçim edə bilərlər. Portal qeyd edir ki, indiki halda HD keyfiyyətini seçsəniz, video yenə də sıxılacaq və orijinal keyfiyyət hələ də qorunmayacaq. Videonun orijinal görünüşünü qorumaq istəyirsinizsə, o, sənəd formatında göndərilməlidir.

Oxşar xəbərlər