Moskva anlamağa çalışır: Bu, İrəvanın adi şantajıdır, yoxsa...
4-03-2024, 08:25
31

Moskva anlamağa çalışır: Bu, İrəvanın adi şantajıdır, yoxsa...




Rusiya nəhayət anlamaq istəyir ki, Ermənistan hakimiyyətinin hərəkətləri adi şantajdır, yoxsa Aİ-yə qarşı kurs dəyişikliyi.

Publika.az xəbər verir ki, bu barədə “Mənim şərəfim var” fraksiyasından olan deputat Tiqran Abramyan sosial şəbəkədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son açıqlamalarını şərh edərkən yazıb.

Lavrov Antalyada keçirdiyi mətbuat konfransında qeyd edib ki, Rusiya İrəvanın KTMT-də iştirakı ilə bağlı yekun qərarını açıqlamasını gözləyir və Ermənistan hakimiyyəti qərar verməlidir. Abramyanın sözlərinə görə, Lavrov açıq şəkildə bildirib ki, strukturdan çıxmaq və Rusiya Federasiyası ilə münasibətlərdə barı aşağı salmağın fəsadları olacaq. Bu, Rusiyanın Ermənistana qarşı siyasətinə, o cümlədən siyasi, hərbi və iqtisadi sahələrə yenidən baxılması deməkdir.

“Sual ondan ibarətdir ki, Rusiya Federasiyası nəhayət aydınlaşdırmağa çalışır ki, bu, Ermənistanın adi şantajıdır, yoxsa yeni kursdur”, - o bildirib.

Oxşar xəbərlər