Rusiya-Qazaxıstan sərhədində GƏRGİNLİK: 300-ə yaxın yük maşını ilişib qaldı
24-02-2024, 11:00
63

Rusiya-Qazaxıstan sərhədində GƏRGİNLİK: 300-ə yaxın yük maşını ilişib qaldı




300-ə yaxın yük maşını Qazaxıstan - Rusiya sərhədində, Samara -Şımkent avtomobil yolunun Sırım sərhəd nəzarətində ilişib qalıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin milli yol idarəetmə operatoru “Kazavtozhol”un mətbuat xidməti məlumat yayıb .

Operatorun nümayəndələri vurğulayıblar ki, bu, sərhəd-keçid məntəqəsində işin çətin olması ilə bağlıdır. Sürücülər bir neçə gün növbəsini gözləmək məcburiyyətində qalırlar.

“Avtomobil sahiblərinin dediyinə görə, Qərbi Qazaxıstan vilayətində bütün beynəlxalq və milli yollarda heç bir maneə yoxdur”, - deyə "Kazavtozhol" rəsmisi izah edib.

Ümumilikdə sərhəddə 280 yük maşını növbə çəkir.

Oxşar xəbərlər