Kamil Zeynallı bu maddələrlə ittiham olunur
21-02-2024, 14:32
57

Kamil Zeynallı bu maddələrlə ittiham olunur






Kamil Zeynallının vəziyyəti yaxşıdır, heç bir narahatlığı yoxdur. Yarım saat olar ayrılmışıq, yenə görüşəcəyik. Ermənistan Kamil Zeynallını 2020-ci il sentyabrın 29-da, yəni 44 günlük vətən müharibəsi başlayandan iki gün sonra federal axtarışa verib. Böhtan, yaşayış yerinə icazəsiz girmək də daxil olmaqla 4 maddə ilə ittiham olunur.

Publika.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Kamil Zeynallının Moskvadakı vəkili Ələkbər Qarayev bildirib.

Vəkil Ermənistan mətbuatının Hadrutda “yaşlı kişinin başının kəsilməsi”ndə ittiham olunduğuna dair iddialara belə cavab verib: "Bu, absurd ittihamdır. Kamil Zeynallının ittiham olunduğu maddələrdə ölüm cinayəti yoxdur. Kamil Zeynallıya qarşı Ermənistan Cinayət Məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham verilib. Ermənistan tərəfi Kamil Zeynallını 4 il əvvəl sentyabrın 29-da axtarışa verəndə torpaqlarımız işğal altında idi, Qarabağ azad olunmamışdı, düşünürdülər ki, ərazi onlarındır və Kamil Zeynallı oraya qanunsuz girməklə cinayət törədib”.

Oxşar xəbərlər