
Ölkə / Cəmiyyət
11-02-2024, 13:38
127
Şəmkirdə minik avtomobili aşıb: Sürücü ölüb

Şəmkirdə ölümlə nəticələm yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Opel” markalı minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.