ÜST-dən qızılca ilə bağlı TƏCİLİ ÇAĞIRIŞ
24-01-2024, 11:03
109

ÜST-dən qızılca ilə bağlı TƏCİLİ ÇAĞIRIŞ




Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü ilin yanvar-oktyabr ayları ərzində Avropa regionunda qızılcaya 30 mindən çox yoluxma halı qeydə alıb.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, ÜST-ün Avropa ofisinin yaydığı xəbərdarlıqda ötən ilin ilk 10 ayı ərzində yoluxma hallarının bir il əvvələ nisbətdə 30 dəfə artdığı açıqlanıb. Təşkilat ölkələri təcili immunizasiya kampaniyaları aparmağa çağırıb.

ÜST-ün məlumatında qeyd olunub ki, xəstəliyə yoluxmaların kəskin artması qızılca peyvəndi vurulanların sayının azalması ilə əlaqəlidir.

Oxşar xəbərlər