Bakıda əhalinin sayı KƏSKİN ARTACAQ
8-01-2024, 08:27
23

Bakıda əhalinin sayı KƏSKİN ARTACAQ






Bakıda 2040-cı ilədək əhalinin 2,88 – 3,17 mln. nəfər arasında dəyişəcəyi proqnoz edilir.

Publika.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Ölkə əhalisinin 2045-2050-ci illər arasında azalmağa başlayacağı gözlənilir. Eyni tendensiyanın Bakı şəhərində də müşahidə olunacağı gözlənilir. Bakı şəhərinin əhali proqnozunun çox yüksək həddə verilməsi planlaşdırmanın qeyri-real dərəcədə yüksək tələbatlara uyğun aparılması riski daşıyır. Bakı şəhərinin 2040-cı ilə olan əhali proqnozunun verilməsi üçün ümumilikdə yeddi fərqli ssenari üzərində təhlil aparılmışdır.

Oxşar xəbərlər