Aqil Sadıq oğlu Məmmədov öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran vəzifə sahibidir
31-12-2023, 14:42
51

Aqil Sadıq oğlu Məmmədov öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran vəzifə sahibidir

Aqil Sadıq oğlu Məmmədov 1960-cı il aprelin 1-də Kəlbəcər rayonunun Ağdaban qəsəbəsində anadan olub. 1982–1987-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, 2009–2012-ci illərdə isə Azərbaycan Prezidentinin yanında Dövlət İdarəçiliyi Akademiyasında ali təhsil alıb. Ailəlidir, 2 övladı var. Miskin Abdal nəslindəndir. Ağdabanlı şair Qurbanın nəvəsi, Aşıq Şəmşirin qardaşı oğlu, Cavid Qurbanovun əmisi oğludur.

Aqil Məmmədov 1976-cı ildə Kəlbəcər rayonunda "Ağdaban" Kolxozunda çalışmağa başladı. İdman sahəsində ali təhsil alandan sonra isə o, Göygöl rayonunda "Məhsul" İdman Cəmiyyətində məşqçi, Göygöl rayonunun İdman İdarəsinin rəisi oldu.
Aqil Məmmədov 2006–2008-ci illərdə Kəlbəcər RİH-də ictimai məsələlər şöbəsində referant, 2008–2013-cü illərdə isə Kəlbəcər RİH-də icra başçısının birinci müavini vəzifələrində çalışıb.
Aqil Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 4 mart 2013-cü il tarixli Sərəncamı ilə Kəlbəcər rayonunun icra başçısı vəzifəsinə təyin edildi.
2020-ci il fevralın 9-da baş tutan Parlament seçimlərində 123 saylı Kəlbəcər dairəsindən Yeni Azərbaycan Partiyası namizədi olan Aqil Məmmədov, 72,60 % səslə VI çağırış Milli Məclisin deputatı seçildi. 2020-ci il martın 10-dan səlahiyyətlərinin icrasına başlayan Aqil Məmmədov, Milli Məclisin əmək və sosial siyasət Komitəsinin, habelə regional məsələlər Komitəsinin üzvü oldu. Milli Məclisin deputatı səlahiyyətlərinin icrasına başlaması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin 10 mart 2020-ci il tarixli Sərəncamı ilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi.

Ümumiyyətlə, tarixin bütün dönəmlərində ad-san qazanmış şəxslər çox olublar. Onların bəziləri istər mərkəzi ərazilərdə, istərsə də bölgələrdə müəyyən imtiyaz və söz sahibi olub əksəriyyət tərəfindən sevilsələr də, bəziləri isə heç də hər kəs tərəfindən lazımınca rəğbət hissi qazana bilməyiblər. Bu kimi halların varlığı bütün dönəmlərdə olmuş və bu gün də özünü təsdiq etməkdədir. Belə şəxslərdən fərqli olaraq haqqında söhbət açdığımız, hansı ki, xarakterik xüsusiyyətinin gözəlliyi və  həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksəriyyətdən fərqlənən Aqil Məmmədov, bu gün əsl xalq məhəbbətini qazanan şəxslərdən biridir. Çünki, adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb. O, öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran vəzifə sahibidir. Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Aqil müəllim özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən şəxsdir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir. Onu tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.
 
Bizdə bu çətin və şərəfli işində Aqil müəllimə gələcək işlərində uğurlar arzulayırıq. Həmçinin "31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il" münasibəti ilə redaksiyamızın kollektivi adından Aqil müəllimi təbrik edir, uzun və sağlam ömür arzu edirik.

Oxşar xəbərlər