Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki Rayon Komitəsinin sədri Ziyafət Xasıyevaya dövlət və dövlətçiliyimizə verdiyi töhfələr üçün təşəkkür edirik
31-12-2023, 14:00
27

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki Rayon Komitəsinin sədri Ziyafət Xasıyevaya dövlət və dövlətçiliyimizə verdiyi töhfələr üçün təşəkkür edirik

Məlum olduğu kimi son illər Azərbaycanda demək olar ki, bir çox sahələrdə yüksək nailiyyətlər əldə olunub. Köklü iqtisadi islahatlar həyata keçirilib. Ölkəmizin nüfuzu beynəlxalq ictimaiyyət arasında əhəmiyyətli şəkildə artıb. Bu gün bütün sahələrdə olduğu kimi, Azərbaycan təhsili də özünün uğurlu inkişaf dövrünü yaşamaqdadır. Ölkəmizdə təhsil sahəsində böyük islahatlar aparılır, elmin, təhsilin inkişafı üçün hərtərəfli şərait yaradılır. Təhsil işçilərinə, məktəblərə, müəllimlərə, gələcəyimiz olan gənclərə xüsusi diqqət və qayğı göstərilir. Təhsil sahəsinə dövlət büdcəsindən ayrılan vəsait ilbəil artırılır.
Təhsilin forma və məzmunca yeniləşməsi, proqram və dərsliklərin təkmilləşdirilməsi və yaxud yenidən hazırlanması kütləvi surətdə pulsuz dərsliklərlə təminat, təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazasının zənginləşdirilməsi, məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı, şagird nailiyyətlərinin qiymətləndirilməsi, buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi və sair kimi yeniliklər yuxarıda bəhs etdiyimiz islahat proqramının uğurlarıdır.

Azərbaycanın hər yerində olduğu kimi Şəki rayonunda da çoxlu yeni məktəblər tikilib, əsaslı təmir işləri aparılıb, məktəblər yeni avadanlıqlarla, texnologiyalarla təmin edilib, bir sözlə, müasir məktəb infrastrukturu yaradılıb.

Bu gün haqqında söhbət açmaq istədiyimiz növbəti ziyalı insan Azərbaycan Təhsil İşçiləri Azad  Həmkarlar İttifaqının Şəki Rayon Komitəsinin sədri Ziyafət Xasıyevadır.

Ziyafət xanım işinə başladığı ilk gündən vəzifəsini vicdan və ləyaqətlə yerinə yetirmişdir. Işçi kollektivinin, dərin hörmət və rəğbətini qazanmışdır. Işçilərinin rahat olmaları üçün əlindən gələnin artığını etmişdir. Dövlətə və Dövlətçiliyə lazımi qədər xidmət edən işinin peşəkarı bir insandır.


Ziyafət xanımın indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb. O, işinin peşəkarı bir insandır.


Peşəkarlığı və insanlara qayğıkeşliyi ilə seçilən insandır. Demək olar ki, Respublikanın əlamətdar günlərini, Ulu Öndərimizin Doğum günü, Anım günü daim Ziyafət Xasıyevanın diqqət mərkəzindədir. O, hər zaman bir rəhbər kimi öz işində pirinsipial, qətiyyətli və dürüst mövqe tutmuşdur.


Bütün iştirak etdiyi  tədbirlərdə dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutur. 


Ziyafət xanım öz işinin vurğunu, həmçinin peşəkarı bir insandır. Dövlətin ayırdığı yeni il hədiyyələrini bağçalar və məktəblər arasında tam şəffaf şəkildə bölüşdürmüşdür.

Biz də bu çətin və şərəfli işində Ziyafət xanıma və onun bütün kollektivinə gələcək işlərində uğur və nailiyyətlər arzulayırıq. "31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü" münasibəti ilə səmimi qəlbdən təbrik edirik.

Oxşar xəbərlər