Bu gün Şuşada beynəlxalq elmi konfrans keçiriləcək
1-12-2023, 09:37
113

Bu gün Şuşada beynəlxalq elmi konfrans keçiriləcək





Bugün Şuşada “Türk dünyasının mədəni turizm perspektivləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Publika.az xəbər verir ki, konfransda “Türkdilli ölkələrin köçəri həyat tərzinin turizm məhsuluna çevrilməsi” mövzusuna dair müzakirə və təqdimatlar baş tutacaq.

Eyni zamanda Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan təmsilçiləri çıxışlar edəcək.

Oxşar xəbərlər