Hökumət üzvlərinin bu proqramlardan istifadəsi qadağan olundu
1-12-2023, 09:34
18

Hökumət üzvlərinin bu proqramlardan istifadəsi qadağan olundu




“Le Figaro”nun xəbərinə görə, Baş Nazirlik tərəfindən verilən sirkulyarda hökumət nümayəndələrinə telefonlarından "Teleqram", "Vatsap" və "Siqnal" kimi mesajlaşma proqramlarını silmələri tələb olunub.

Publika.az xəbər verir ki, məxfi məlumatları əks etdirən görüşlər üçün "təhlükəsizliyi gücləndirməyi" hədəfləyən sirkulyarda hökumət üzvlərinin ən geci dekabrın 8-dək yerli "Olvid" mesajlaşma tətbiqini quraşdırmalı olduğu qeyd edilib.

Sirkulyarda bildirilib ki, "Olvid" tətbiqi Milli İnformasiya Sistemləri Təhlükəsizliyi Agentliyindən (ANSSI) "bir səviyyəli təhlükəsizlik sertifikatı almış yeganə proqramdır".

"Olvid" proqram şirkəti 2019-cu ildə iki fransız kibertəhlükəsizlik mütəxəssisi tərəfindən yaradılıb.

Oxşar xəbərlər