Rusiyadan bu ölkələr üçün hərbi təhlükə yoxdur - Stoltenberq AÇIQLADI
22-11-2023, 08:17
30

Rusiyadan bu ölkələr üçün hərbi təhlükə yoxdur - Stoltenberq AÇIQLADI



"NATO blok ölkələrinə Rusiyadan hərbi təhlükə görmür".

Publika.az xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq Şimali Makedoniyaya səfəri zamanı bildirib.

“Biz Rusiyadan NATO müttəfiqləri və ya region üçün hər hansı bir təcili hərbi təhlükə görmürük", - o deyib.

Eyni zamanda, baş katib NATO-nun sayıqlığını davam etdirdiyini vurğulayıb. Onun sözlərinə görə, alyans Ukrayna münaqişəsi fonunda Şərqi Avropada hərbi mövcudluğunu gücləndirib.

Bundan əvvəl Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor bildirib ki, Rusiya Şərqi Avropa üçün təhlükə yaratmır, ona görə də regionda yeni NATO qüvvələrinin yerləşdirilməsi məntiqli deyil.

Oxşar xəbərlər