
Ölkə / Siyasət
6-11-2023, 08:42
118
XİN: Mina qurbanlarının sayı 337-yə yüksəldi

Azərbaycanın Xarici İşlər Nazirliyi mina qurbanlarının sayının 337-yə çatdığını bildirib.
Publika.az xəbər verir ki, bu barədə xarici siyasət idarəsi sosial şəbəkədə paylaşım edib.
“Bu gün minanın partlaması nəticəsində 1960-cı il təvəllüdlü azərbaycanlı mülki şəxs yaralanıb. Qurbanların sayı artıq 337-dir. Bu faciə Ermənistanın mina təhlükəsinin Azərbaycana qarşı dəhşətli təsirinə diqqətsizliyin davam etdiyinin xatırlatmasıdır”, – qeyd olunub.