
Ölkə
6-11-2023, 08:42
109
Moskvadan NİKBİN AÇIQLAMA: "Hazırlıq gedir, Bakı və İrəvan arasında..."

"Moskva İrəvan və Bakı ilə aralarındakı münasibətlərin tənzimlənməsi üçün əlaqə saxlayır. Hazırda sülh müqaviləsinə hazırlıq gedir".
Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
O, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün ardıcıl səylər göstərildiyini vurğulayıb.
Sülh müqaviləsinin mümkün imzalanmasına toxunan Patruşev bunun üçün bütün ilkin şərtlərin mövcud olduğunu qeyd edib.
"Bütün ilkin şərtlər var", - agentlik Patruşevdən sitat gətirib.