"WhatsApp"da CİDDİ TƏHLÜKƏ: gizli səs yazır və Azərbaycan dillində...
3-11-2023, 15:00
75

"WhatsApp"da CİDDİ TƏHLÜKƏ: gizli səs yazır və Azərbaycan dillində...




"Kaspersky Lab" mütəxəssisləri “WhatsApp” messencerində casus proqramlar olan təhlükəli modifikasiya aşkar ediblər.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Ekspertlərin fikrincə, zərərli casus proqram "Telegram" kanallarında ərəb və Azərbaycan dillərində yayılır. Bununla belə, Rusiyadan olan istifadəçilər də yoluxma cəhdləri ilə qarşılaşıblar. Şirkət əlavə edib ki,

"Android" əməliyyat sistemi olan qurğular risk altındadır.

Mütəxəssislər vurğulayıblar ki, zərərli troyanı yaymaq üçün istifadə edilən təhlükəli modifikasiya messencer funksiyalarının sayını artırdığı güman edilən genişləndirmə kimi maskalanıb. Əslində, proqram faylı smartfonu virusla yoluxdurur və sahibinin məlumatlarına, məsələn, əlaqə siyahısına daxil olur. Mütəxəssislər həmçinin xəbərdarlıq ediblər ki, o, cihazda mikrofonu işə salıb yazı yaza bilər.

Oxşar xəbərlər