Daha 20 ailə Laçın şəhərinə qayıdır
30-10-2023, 11:33
129

Daha 20 ailə Laçın şəhərinə qayıdır




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Oxu.Az xəbər verir ki, oktyabrın 30-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksindən yola salınıb.

Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə - 70 nəfər köçürülür.

Qeyd edək ki, bu günə qədər Laçın şəhərinə 295 ailənin - 1 135 nəfərin köçü təmin edilib.

Oxşar xəbərlər