Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq!
24-10-2023, 20:41
23

Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq!


Şəmsi Səmədoğlu (Səmədzadə) 1965-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Zod kəndində anadan olub. Həmin kənd Azərbaycanın Kəlbəcər rayonu ilə həmsərhəddir. Şəmsi Səmədzadə (Səmədoğlu) müsahibələrində deyir ki, Səmənd ağanın soyundandır. Səmənd ağa həmin mahalın çox nüfuzlu şəxslərindən olub.

1988-ci ildə Qərbi Azərbaycandan  deportasiya ediləndən sonra , Şəmsi Səmədoğlu əvvəlki Xanlar, indiki Göygöl rayonunun Quşqara kəndində məskunlaşıblar. Sonra Şəmsi həmin kəndin  adını atasının şərəfinə Səmədabad edib. Hazırda isə kəndin adı Səmədabad deyil. 
Qaçqınlıqdan sonra Şəmsi Səmədoğlu elə də imkanlı adam olmayıb.  Əslən Naxçıvandan olan “Spirt Miri” kimi tanınan spirt  zavodunun müdirinin sürücüsü işləyib. Şəmsi Səmədzadə ali təhsillidir. 3 oğul, 2 qız övladı var.

Sahibkar Şəmsi Səmədoğlu yüksək elmi savada və texniki biliyə malik olan vəzifə sahibidir. Məhz, belə bir səbəblər üzündəndir ki, o, istənilən vəziyyətlə bağlı zamanında düzgün qərar qəbul etməyi bacarır və lazımi uğurları da əldə edir. Bu şəxsin hər zaman ölkə rəhbəri cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələri, həyata keçirdiyi idarəçiliyində əsas tutması haqda da müfəssəl məlumatlara malikik. Xarakterik xüsusiyyətində sadəliyi, hər kəsə qarşı yanaşmasında yüksək insani münasibəti üstün tutması, məhz Şəmsi müəllimin hər an başucalığı gətirməkdədir. Bu gün o, insanlara diqqət və qayğı ilə yanaşır, hər kəsə probleminin həlli istiqamətində lazım olan köməkliyini də göstərir. Şəmsi müəllim ona həvalə olunan hər bir işin öhdəsindən yüksək professionallıqla gəlməyi də bacarır. Bəli, o, bugünə kimi hansı sahədə çalışıbsa, hər zaman özünü doğrultmağı bacarıb.

Nəzərinizə çatdırmaq istəyirik ki, tanınmış iş adamı Şəmsi Səmədzadə (Səmədoğlu) ilə bağlı yayılan görüntülər sosial mediada geniş müzakirələrə yol açıb. Videodakı digər şəxs olduğu deyilən masaj fəaliyyəti ilə məşğul olan "Həyat" ləqəbli şəxs videoaçıqlama yayıb. O, məlum videonun yalan olduğunu söyləyib, bildirib ki, keçmiş sahibkarın nüfuzuna zərər vurmaq üçün video montajlanıb.

Bu gün Şəmsi müəllimi gözdən salmaq istəyən onlarla bəlkədə minlərlə şəxs vardır. Yayılan videolar da şər və böhtan xarakterlidir. Çünki özünüz bir düşünün. Videoya baxdığımız zaman onun montaj olduğunu aydın görürük. Onu görməmək üçün kor olmaq lazımdır. İlk əvvəl onu qeyd edək ki, videoda olan Şəxsin yanağında xalı yoxdur. Hər birimizə məlumdur ki, Şəmsi müəllimin yanağında xalı vardır. Daha sonra indi ilin günün hansı fəsilidir ki, videoda ventilyatorun işlədiyini görürük. Həmçinin daha sonra bildirmək istəyirik ki, video adi, ucuz bir otel otağında qeydə alınmışdır. Şəmsi müəllimin imkanı yoxdurmu ən azından bahalı bir məkana getsin? Şəmsi müəllim özünə hörmət edən, ziyalı ailədən gələn bir şəxsdir.

Sonda onu da qeyd etmək istəyirik ki, Şəmsi müəllimin necə bir insan olduğunu, necə bir ürəyə sahib olduğunu biz bilirik. Sizə də demək istəyirik ki, şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq.



Oxşar xəbərlər