Hərbi Qənimətlər Parkına yeni qənimət gətirildi
23-10-2023, 08:31
31

Hərbi Qənimətlər Parkına yeni qənimət gətirildi




Bakıdakı Hərbi Qənimətlər Parkına yeni hərbi texnika gətirilib.

Xezerxeber.az-ın özəl məlumatına görə, bu günlərdə Hərbi Qənimətlər Parkına yeni BMP (piyadaların döyüş maşını) daxil olub.

Bu texnika Azərbaycan Ordusu tərəfindən sentyabrın 19-da keçirilən və bir sutkaya yaxın davam edən antiterror tədbirləri nəticəsində ələ keçirilib.

Xatırladaq ki, antiterror tədbirlərindən sonra Hərbi Qənimətlər Parkına “T-72” tankı gətirilmişdi. BMP isə Hərbi Qənimətlər Parkına gətirilmiş sayca ikinci hərbi texnikadır.

Hazırda həmin texnikalar Bakıdakı Hərbi Qənimətlər Parkında nümayiş olunur.

Oxşar xəbərlər