Xankəndiyə komendant təyin edildi
16-10-2023, 09:06
23

Xankəndiyə komendant təyin edildi






Xankəndi şəhərinə komendant təyin edilib.

Publika.az xəbər verir ki, bu vəzifə polis general-mayoru Sərdar Səfərova həvalə edilib.

Qeyd edək ki, ötən gün Sərdar Səfərov Müzəffər Ali Baş Komandana Xankəndi şəhərində raport verib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Qeyd edək ki, Sərdar Səfərov daha öncə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini olub. O, son olaraq bu ilin yanvarında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilmişdi.

Oxşar xəbərlər