Nazir: “Torpaqların azad edilməsi Heydər Əliyevin arzusu, İlham Əliyevin əsas amallarından biri idi”
14-10-2023, 15:55
24

Nazir: “Torpaqların azad edilməsi Heydər Əliyevin arzusu, İlham Əliyevin əsas amallarından biri idi”



“Torpaqlarımızın işğaldan azad edilməsi ulu öndər Heydər Əliyevin arzusu, Prezident İlham Əliyevin əsas amallarından biri idi”.
“Report”un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün tanınması beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu sübut edib:
“Prezident İlham Əliyev Vətən müharibəsi başlayan zaman xalqa müraciətində bütün dünyanın Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını, beynəlxalq hüququn bizim tərəfimizdə olduğunu deməsi böyük zəfərə aparan yolun başlanğıcı idi”.

Oxşar xəbərlər