KİV: Qarabağdakı sülhməramlılara general-mayor Kulakov rəhbərlik edəcək
28-08-2023, 14:21
94

KİV: Qarabağdakı sülhməramlılara general-mayor Kulakov rəhbərlik edəcək




Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinə (RSK) yeni komandan general-mayor Kirill Denisoviç Kulakov təyin ediləcək.

Bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.

Qeyd edək ki, hazırda RSK komandanı general-polkovnik Aleksandr Lentsovdur.

Bundan əvvəl xəbər verilmişdi ki, o, Qarabağı tərk edib və yerinə yaxın vaxtlarda yeni təyinat olacaq.

Oxşar xəbərlər