Kürdəmirdə “Heydər Əliyev və milli - mənəvi dəyərlərimiz” adlı tədbir keçirilib
10-08-2023, 10:30
160

Kürdəmirdə “Heydər Əliyev və milli - mənəvi dəyərlərimiz” adlı tədbir keçirilib




Kürdəmirdə “Heydər Əliyev və milli - mənəvi dəyərlərimiz” adlı tədbir keçirilib.
2 avqust 2023-cü il tarixində Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Kürdəmir rayon Mərkəzi Kitabxanasında “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və milli - mənəvi dəyərlərimiz” adlı dəyirmi masa keçirilib. 
Tədbirdə Azərbaycan xalqının tarixində və taleyində müstəsna xidmətləri olan görkəmli dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin milli mənəvi dəyərlərimizlə bağlı tarixi xidmətlərindən, Ulu öndərin azərbaycançılıq məfkurəsinin tərkib hissəsi olan milli-mənəvi dəyərlərimizin öyrənilməsinin, gənc nəsilə aşılanmasının əhəmiyyətindən söhbət açan natiqlər müasir gəncliyin qəhrəmanlıq salnaməsinin bir nümunə məktəbi olduğunu qeyd ediblər.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Göyçay rayon üzrə nümayəndəliyinin əməkdaşları və mədəniyyət işçiləri iştirak ediblər.
Tədbirdə mövzu ilə bağlı videoçarx nümayiş etdirilib, sərgiyə baxış keçirilib.

Oxşar xəbərlər