
Ölkə / İdman
11-07-2023, 14:40
123
Ermənistan Bakıda keçiriləcək dünya çempionatında iştirak edəcək

Ermənistan Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatında iştirak edəcək.
Bu barədə məlumatı ölkənin atıcılıq federasiyasının baş katibi Areq Saribekyan təsdiqləyib.
“Əlavə maneə olmadığı təqdirdə komanda getməyə hazırlaşır”, - Saribekyan bildirib.
O, komandanın tərkibini açıqlamayıb.
Qeyd edək ki, atıcılıq üzrə dünya çempionatı avqustun 14-dən sentyabrın 3-dək Bakıda keçiriləcək.