Ölkə / Cəmiyyət
26-06-2023, 16:47
136
Kəlbəcər rayonunun Ağdavan kənd sakini Hüseynov Xəlifə oğlunun meydini axtarır
Redaksiya olaraq nəzərinizə çatdırmaq istəyirik ki, Kəlbəcər rayonunun Ağdavan kənd sakini Hüseynov Xəlifə oğlunun meydini axtarır. Daha ətraflı məlumat vermək istəyirik. Xəlifə müəllimin oğlu Hərbi xidmətə Astaranın dağlarında başlamışdır. Il yarım qulluq etdi. Fərqlənmə ilə qulluq etmişdir. Güllə atmada öz hərbçi yoldaşlarından daha fəal olmuşdur. Hərbi xidmətini başa vurub gəldikdən sonra MAXE olmaq istədiyini bildirdi. Bütün sənədlərini toplayıb lazımi orqanlara müraciət elədi. Və sonunda Maxe kimi işləməyə başladı. 27 sentyabr 44 günlük Vətən müharibəsi başlayanda ən son Xəlifə müəllim ilə gecə saat 21:30 da telefonla danışmışdır. Oğlumla telefonla danışanda mənə heçnə bildirmədi, deyə Xəlifə müəllim sözünə davam etmişdir.
Müharibə başlayandan 2-3 gün sonra arxasınca getdim oğlumun. Əsgər yoldaşları mənə bildirdilər ki, dayı sənin oğluna halaldı. 2 yaralı hərbçi yoldaşımızı Qara Gölün altından heç kim çıxara bilmirdi. Mirzə getdi ikisini də çiyninə alıb gətirib qoydu maşına. Bir müddət sonra maraqlandım və öyrəndim ki, oğlum şəhid olub və qalıb Kəlbəcərdə Qara Göl tərəflərdə. Neçə dəfə gedib maraqlanmağıma baxmayaraq oğlumun şəhid olduğunu boyunlarına alıb mənə demirdilər. Daha sonra komandirin biri mənə bildirdi ki, halal olsun sənin oğluna. Onun zonasında erməni ilə layiqincə döyüşən əsgərlərdən biri idi Mirzə. Daha sonra Komandir bildirib ki, güllə atmada da demək olar ki, peşəkar idi. Saysız hesabsız erməni əsgərlərini öldürmüşdür. Ama neynəmək olar. Nankör düşmən Mirzəgil olan ərazini minamyot ilə vurmuşdur. Tapança, avtomat, snayper ilə Mirzəni öldürmək mümkün deyildi. Sentyabr ayının 27 sindən oğlumdan xəbər ala bilmirəm. Meyidini mənə təhvil vermirlər. Aidiyyatı qurumlara gedirsən şəhid ailələri ilə pis rəftar edirlər, qışqırırlar. Başa düşmürlər ki, mən təxribat eləmirəm sadəcə oğlumun meyidini istəyirəm.
Bu gün mən Mirzənin atası Hüseynov Xəlifə üzümü tuturam cənab Prezidentimiz İlham Əliyevə. Ölkədə İlham Əliyevin çörəyini yeyib, ama onun qoyduğu qanunlarla işləməyən, qanunlara zidd gedən məmurlar çoxdur. Bir şəhid ailəsi kimi hərbiyə aid olan bildiyim bütün sirrləri ancaq və ancaq Prezidentimiz İlham Əliyevə deyə bilərəm. Mən Prezidentimdən dünyalar qədər razıyam. Allah ona uzun və sağlam ömür arzu edirəm. Ama bizim şikayətimizə baxan qurumlar yoxdur. Cənab prezidentimiz sizdən xahiş edirəm məni 5 dəqiqəliyinə belə olsa qəbul edəsiniz. Mən sadəcə oğlumun meyidini istəyirəm başqa heçnə, deyə sonda şəhid Mirzənin atası Hüseynov Xəlifə bildirmişdir.