Xocəsən-Lökbatan yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq
24-06-2023, 17:03
58

Xocəsən-Lökbatan yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq


İyunun 26-sı, saat 22:00-dan iyunun 27-si saat 06:00-a qədər Xocəsən-Lökbatan avtomobil yolunun 2-ci km-də yerləşən yerüstü piyada keçidində aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq yolun sözügedən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Agentlik sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ olaraq Bakı dairəvi avtomobil yolundan və digər yollardan istifadə etmələrini tövsiyə edib.

Oxşar xəbərlər