Gədəbəydə onkoloji xəstəliklərlə bağlı vəziyyət necədir? - Nazir müavini AÇIQLADI
23-06-2023, 11:34
488

Gədəbəydə onkoloji xəstəliklərlə bağlı vəziyyət necədir? - Nazir müavini AÇIQLADI




Ümumiyyətlə, bütün dünyada bədxassəli onkoloji xəstəliklər artır. Bütün dünyada olduğu kimi, Azərbaycanda da onkoloji xəstəliklərin sayı artıb”.

Publika.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Gədəbəyin Söyüdlü kəndinin sakinləri ilə görüşündə deyib.

Nazir müavini qeyd edib ki, Gədəbəydə də son 10 il ərzində onkoloji xəstəliklərin sayı artıb:

“Nisbi rəqəmlə götürsək, ölkə üzrə hər yüz min əhaliyə keçən il bu rəqəm 137.9 idi. Gədəbəy üzrə isə 102.9-dur. Yəni, Gədəbəydə onkoloji xəstəkliklərin yayılması bir çox digər rayonlardan, ümumi Azərbaycanın orta rəqəmindən çox aşağıdadır”.

Onkoloji xəstəliklərdən ölümə gəldikdə isə, Nadir Zeynalov bildirib ki, bu rəqəm ölkə üzrə 0.8-dir:

“Gədəbəy üzrə 0.5-dir. Və bu rəqəm son 10 ilin statistikasına görə dəyişməyib. Bizim statiskamız rayon üzrədir. Söyüdlü kəndi barədə vəziyyət necədir, bilmirik. Ölkə başçısının tapşırığına əsasən, bu Komissiya yaradılıb ki, kənddəki sağlamlıqla bağlı vəziyyət öyrənilsin, araşdırılsın və hökumət başçısına təqdim edilsin. Çox güman ki, qapı-qapı gəzib sizdən məlumat alacaqlar”

Oxşar xəbərlər