
Ölkə / Cəmiyyət
17-06-2023, 15:15
124
Qobustanda beşotaqlı ev yanıb

Qobustanda beşotaqlı ev yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Belə ki, rayonun Sündü kəndində ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, birmərtəbəli 5 otaqlı evin bir otağının yanar konstruksiyaları 40 kvadratmetr sahədə və dam örtüyünün taxta atmaları 5 kvadratmetr sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.