Manaf müəllimə indiki və gələcək işlərində uğur və nailiyyətlər arzu edirik
8-06-2023, 14:39
33

Manaf müəllimə indiki və gələcək işlərində uğur və nailiyyətlər arzu edirik

Ağayev Manaf Novruz oğlu 1964-cü il aprel ayının 26-da Füzuli rayonunun Şıxlı kəndində dünyaya göz açmışdır. Orta təhsilini də məhz Füzuli rayonunda alıb. Musiqiyə həvəsi lap uşaqlıqdan yaranıb. Məktəb illərində müxtəlif musiqi müsabiqələrində, festivallarda, eləcə də “Füzuli Mədəniyyət Evi” ndə bir sıra uğurlu çıxışları olub.

Orta məktəbi bitirdikdən sonra 1982-84-cü illərdə hərbi xidmətdə olub. 1988-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin “Mədəni-Maarif” fakültəsinə daxil olur. İlk albomu 1996-ci ildə işıq üzü görür. Və ardıcıllıqla hər il yeni albomları ilə sevənlərinin görüşünə gəlib. Bütün albomlarda vətən həsrəti, yurd nisgili açıq aydın görünür. Manaf Ağayev müxtəlif illərdə mükafatlarla da təltif olunub.

Bakıda, Sumqayıtda və eləcə də bir sıra xarici ölkələrdə konsert proqramları ilə çıxış edib. 2002-ci ildə Manaf Ağayevə həsr edilmiş “Vətənə getməyim gəlir” adlı kitab işıq üzü görüb. Ən uğurlu nailiyyətlərindən biri isə 2009-cu ildə yerli telekanalların birində keçirilən “Toylar kralı” adlı yarışmanın qalibi olmasıdır.


Manaf Ağayev işinin əsl peşəkarı bir insandır. Sənət dostlarının, ailəsinin, iş kollektivinin hər zaman böyük hörmət və rəğbətini qazanmış ziyalı insanlardandır. Əl tutmağı, kömək etməyi çox sevir. Bu səbəbdən də el tutduğu, maddi və mənəvi kömək etdiyi insanların sayı hesabı yoxdur. 

Manaf müəllim tərbiyəsi, əqidəsi, özünü aparması, sadə və səmimi olması ilə hər zaman seçilir. Ailəlidir. 3 övladı vardır. O, qazandığı pulun hər qəpiyini öz halal zəhməti, alın təri ilə qazanır. 

Bu gün bəzi sosial şəbəkələrdə Manaf müəllimə qarşı qarayaxma kompaniyası keçirilir. Adından bəzi sözlər deyilir, şər böhtanlar atılır. Nəzərinizə onu çatdırmaq istəyir ki, Manaf müəllimi artiq uzun illərdir tanıyırıq və necə bir insan olduğuna bələdik. Deyilən sözlər, atılan şər böhtanlar Manaf müəllimi heç bir zaman gözdən sala, adına ləkə gətirə bilməz. Çünki o, illərdir artıq özünü xalqın gözündə doğruldub. 

Bizdə bu çətin bir o qədər də məsuliyyətli yolda Manaf müəllimə indiki və gələcək işlərində uğur və nailiyyətlər arzu edirik.

Allahdan sizə uzun və sağlam ömür diləyirik.
Hər zaman var olasınız, Manaf müəllim! 

Oxşar xəbərlər