ABŞ separatçıları Bakıya təslim olmağa çağırdı - Əliyevin təklifi qəbul edildi
31-05-2023, 15:08
23

ABŞ separatçıları Bakıya təslim olmağa çağırdı - Əliyevin təklifi qəbul edildi





ABŞ prezident İlham Əliyevin Qarabağdakı separatçılara amnistiya çağırışını dəstəkləyir.

Publika.az xəbər verir ki, bu barədə Dövlət Departalemtiin sözçüsü Metyu Miller deyib.

M.Miller Azərbaycan və Emənistan liderlərinin Kioşinyovda gözlənilən danışıqlarının konstruktiv olacağını gözlədiklərini bəyan edib. Əlavə edib ki, Prezident İlham Əliyevin amnistisiya ilə bağlı son bəyanatlarını alqışlayırıq.

Azərbaycan Prezidenti Qarabağdakı separatçılara təslim olacaqları təqdirdə, rəsmi Bakının amnistiya haqda düşünə biləcəyini bildirib.

“Bizə gələn son mesajlar belədir ki, bəs orada dırnaqarası rəhbərliyin aqibəti necə olacaq? Onlara amnistiya düşürmü, düşmürmü? Mən isə deyirəm ki, buna baxmaq lazımdır”, - deyə dövlət başçısı bildirib.

Millerin açıqlaması deməyə əsas verir ki, Qarabağda erməni əhalisinin Bakı ilə reinteqrasiya müzakirələrini dəstəkləyən Vaşinqton separatçılrın da bağışlanmasını istəyir. Prezident bunun yalnız təslim olacaqları təqdirdə, müzakirəsinin mümkün olduğunu bəyan etdi. Bu, separatçıların son şansıdır. ABŞ-ın amnistiya məsələsini rəsmi səviyyədə dəstəkləməsi o deməkdir ki, separatçılar bunu qəbul etməyəcəyi təqdirdə, rəsmi Bakının onların zərərsizləşdirilməsi istiqamətində atacağı praktiki addımlar beynəlxalq səviyyədə də legitim olaraq qəbul olunacaq.

Oxşar xəbərlər