Dövlət qurumlarında çalışan şəxslərin yaş məhdudiyyətinin 70-ə qaldırılması təklif edilir
30-05-2023, 15:03
50

Dövlət qurumlarında çalışan şəxslərin yaş məhdudiyyətinin 70-ə qaldırılması təklif edilir


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Əmək Məcəlləsinə dəyişiklik edilməsini təklif edib.

“Report”un məlumatına görə, M.Quliyev dövlət büdcəsindən maliyyələşən qurumlarda çalışan şəxslərin yaş məhdudiyyətinin 65 yaşdan 70 yaşa qədər qaldırılmasını istəyib.


“Əgər razılıq olsa, mövcud qanunvericiliyə dəyişiklik layihəsi hazırlanaraq payız sessiyasında müzakirəyə təqdim edə bilərik”, - deputat bildirib.

Oxşar xəbərlər