Azərbaycanda niyə ürək köçürülməsi həyata keçirilmir? - VİDEO
23-05-2023, 15:47
33

Azərbaycanda niyə ürək köçürülməsi həyata keçirilmir? - VİDEO





10 ildən çoxdur ki, ölkəmizdə ürək transplantasiyasını həyata keçirmək üçün hər cür şərait var.

Xezerxeber.az xəbər verir ki, yerli xəstəxanaların maddi-texniki şəraiti də, qanunvericilik də, həkimlərin səviyyəsi də buna tam imkan verir.

Əməliyyatın bu illər ərzində ümumiyyətlə icra olunmamasının tək səbəbi donor problemidir.

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, ürək-damar cərrahı Rəşad Mahmudov deyir ki, transplantasiyanı həyata keçirmək üçün beyin ölümü keçirən, lakin reanimasiya şəraitində ürəyi fəaliyyətdə olan insanın ürəyindən istifadə olunmalıdır. Lakin bu günə kimi doğması beyin ölümü keçirən heç bir insan onun ürək və ya digər orqanlarının götürülməsinə icazə verməyib.

Rəşad Mahmudov bildirib ki, həkim tərəfindən beyin ölümü diaqnozu zamanında qoyulmalıdır. Bundan başqa, yaxını beyin ölümü keçirən şəxs əmin olmalıdır ki, doğmasının geridönüşü yoxdur.

Qeyd edək ki, bu günə kimi ölkəmizdə ürək transplantasiyası əməliyyatı icra olunmayıb. Lakin qonşu Türkiyə, İran, Rusiya kimi dövlətlərdə illərdir ki, bu əməliyyat uğurla icra olunur.

Daha ətraflı süjetdə:

Oxşar xəbərlər