Kənan Mahmudov Hacı Şahinlə şəxsi yazışmasını yaydı
3-03-2023, 08:03
38

Kənan Mahmudov Hacı Şahinlə şəxsi yazışmasını yaydı




Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında ilahiyyatçı Hacı Şahin Həsənli dünyasını dəyişibMərhumla yaxın dost olan rejissor və aktyor Kənan Mahmudov sosial şəbəkə hesabında "Whatsapp" ani mesajlaşma platformasında səsli yazışmasının görüntülərini izləyiciləri ilə bölüşüb Sənətçi paylaşımında ötən il iyulun 7-də doğum gününü təbrik etdiyi Hacı cavab olaraq səsli təşəkkür mesajı göndərib. Yanvarın 18-də Kənan ilahiyyatçıdan hansısa bir işi üçün dua etməsini xahiş edib. O da səsli olaraq "Baş üstə, dua edərəm" sözlərini dilə gətirib. 

Kənan növbəti postda isə Hacı Şahinin qəfil ölümü ilə bağlı bu sözləri yazıb: "Daha sənin o gözəl, məlahətli səsini minbələrdən duymayacağıq. Bayram mesajlarında adını gələn mesajlar arasında görməyəcəyik. Hər il Aşura günü insanlar İmam Hüseyn eşqi üçün gəlirdilər Məşədi Dadaş məscidinə. İndi yüz minlərlə insanlar sənin üçün gəlib. Haqqını halal et, Hacı". Qeyd edək ki, bu gün səhər saatlarında Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, ilahiyyatçı Hacı Şahin ürək tutmasından dünyasını dəyişib.

Oxşar xəbərlər