Seçkini dəqiq bilən ekspertin II tur proqnozu: Ərdoğan, yoxsa Kılıçdaroğlu?
19-05-2023, 10:21
41

Seçkini dəqiq bilən ekspertin II tur proqnozu: Ərdoğan, yoxsa Kılıçdaroğlu?





Seçkilərin II turunda üç mümkün ssenari var.

Publika.az xəbər verir ki, bu barədə Türkiyədə prezident seçkilərinin II tura qalacağını və namizədlərin səs faizini ən doğru təxmin edən “SONAR” Araşdırma Mərkəzinin rəhbəri Hakan Bayraqçı deyib.

Onun sözlərinə görə, Sinan Oğanın 5,2 faizlik səsi müxtəlif ssenarilər üzrə bölünə bilər.

Sinan Oğan neytral qalarsa, necə ola bilər?

- 1,8 faiz Kılıçdaroğluna gedər;
- 1,8 faiz Ərdoğana gedər;
- 1,6 faiz seçici seçkiyə getməz;

Sinan Oğan Kılıçdaroğlunu dəstəkləyərsə, necə ola bilər?

- 2,2 faiz Kılıçdaroğluna gedər4
- 1 faiz ərdoğana gedər;
- 2 faiz seçici seçkiyə getməz;

Sinan Oğan Ərdoğanı dəstəkləyərsə, necə ola bilər?

- 1,8 faiz Kılıçdaroğluna gedər;
- 2 faiz Ərdoğana gedər;
- 1,4 faiz seçici seçkiyə getməz;

Hər üç ssenaridə Ərdoğan II turda da qalib gələcək. Qeyd edək ki, H.Bayraqçı 14 may seçkilərində Ərdoğanın 48,8 faiz, Kılıçdaroğlunun 44,1 faiz, Sinan Oğanın isə 3,5 faiz səs alacağını proqnozlaşdırmışdı

Oxşar xəbərlər